İran mətbuatı: Azərbaycanda seçkilər qanun pozuntusu olmadan həyata keçirilib

11.02.2020 Off By admin

İranın “Tabnak news” agentliyində Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri haqqında xəbər dərc edilib.

AZƏRTAC xəbər verir ki, materialda parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyi bildirilib. Qeyd olunub ki, səsvermədə seçici fəallığı müşahidə edilib. Parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb.

 

Diqqətə çatdırılıb ki, səsvermə prosesini izləyən beynəlxalq müşahidəçilər seçkilərin qanun pozuntusu olmadan həyata keçirildiyini bildiriblər.

İranın İRNA, “Mehr news”, İSNA və digər saytlarında da Azərbaycanda keçirilən parlament seçkilərinə yer ayrılıb. Materiallarda qeyd olunur ki, Prezident İlham Əliyev ölkəsində geniş islahatlar həyata keçirir. İqtisadi islahatlarla yanaşa, siyasi islahatlar çərçivəsində ümumxalq səsverməsi ilə yeni parlament formalaşdırılır.

“İrib news” saytı və “Sədai səma” televiziya kanalı seçkilər haqqında videoxəbər yayımlayıblar

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

                                                                                                                           Tehran

 

Xəbəri paylaş: