İranda AES-ə yaxın şəhərdə zəlzələ baş verib

12.01.2020 Off By admin

İranın cənubunda yerləşən Buşehr vilayətinin Əhrəm şəhərinin 6 kilometrliyində 4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 06:31-də 10 kilometr dərinlikdə qeydə alınıb.

Əhrəm şəhəri Atom Elektrik Stansiyasının yerləşdiyi Buşehr şəhərinin 50 kilometr cənub-qərbindədir.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

 

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

 

Xəbəri paylaş: