İranın Ali lideri: “Əllərində Süleymaninin qanı olanları sərt qisas gözləyir”

03.01.2020 Off By admin

General Qasım Süleymaninin ölümünə görə İran ABŞ-dan qisas alacaq.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın Ali lideri ayətullah Seyid Əli Xamenei bəyan edib.

“Əllərində Süleymaninin və digər şəhidlərin qanı olanları sərt qisas gözləyir”, – deyə Xamenei vurğulayıb.

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Xəbəri paylaş: