İşçini 8 saatdan çox işlədənlər cərimələnək – YOXLAMALAR KEÇİRİLƏCƏK

06.02.2020 Off By admin

“8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki istiqamətdə işləyəcək”.

Day.Az marja.az-a istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, ilk növbədə, şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işəgötürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq.

Nazir bildirib ki, ikinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar həyata keçiriləcək: “Hazırda təklifləri hazırlayırıq və hökumətə təklif ediləcək. Müvafiq qərardan sonra məsələ təmin ediləcək. Araşdırmalarımızın, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xəbərdarlıq olunacaq, işçiyə və işəgötürənə hüquq və vəzifələr izah ediləcək. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər”.

Xəbəri paylaş: