İspaniya La Liqası: “Real Madrid” səfərdə “Osasuna”nı məğlub edib

09.02.2020 Off By admin

Fevralın 9-da futbol üzrə İspaniya La Liqasının 23-cü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Real Madrid” səfərdə “Osasuna”nın qonağı olub.

Görüş Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Real Madrid”in heyətində İsko, Serxio Ramos, Lukas Vasqes və Luka Yoviç fərqlənib. “Osasuna”nın yeganə qoluna isə Unai Qarsiya imza atıb.

Bu qələbədən sonra “Real Madrid” xal ehtiyatını 52-yə çatdıraraq əsas izləyicisi, bir oyun az keçirən “Barselona”dan 6 xal irəlidədir.

“Barselona” Bakı vaxtı ilə saat 00:00-da “Real Betis” klubu ilə üz-üzə gələcək.

Xəbəri paylaş: