Jurnalist Aynur Təhməzova Türkiyədə xəstəxanada vəfat etdi – Cənazəsi bu gün Azərbycana yola salınacaq

19.01.2020 Off By admin

Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınrdı) xərçəng xəstəliyindən vəfat edib.

Hakimiyyet.com Lent.az-a istinadla bildirir ki, həmkarımız Türkiyədə xəstəxanada dünyasını dəyişib. O, qan xərçəngindən əziyyət çəkirdi. Kimyaterapiyadan sonra ağciyərlər iflas edib.

Cənazəsi bu gün Azərbycana yola salınacaq.

1973-cü ildə anadan olan Aynur xanım Azərbaycan mətbuatında “Yeni Müsavat” qəzeti, “Mediaforum” saytı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

Xəbəri paylaş: