Kafedə kütləvi davanın görüntüsü yayıldı

07.12.2019 Off By admin

Rusiyanın paytaxtı Moskvanın mərkəzində kafedə kütləvi dava baş verib.

Bu barədə “112” “Telegram” kanalı kadrlar paylaşıb.

Videodan görünür ki, ticarət mərkəzlərinin birində toplaşan kişilər öz aralarında nəyisə bölüşə bilmirlər. Az sonra dava başlayır, bəziləri bıçaq çıxarır.

Onlardan biri isə travmatik tapança çıxararaq xəbərdarlıq atəşi açır.

Bundan sonra kişi dərhal müəssisəni tərk edir.

Polislər gələnə qədər davanın iştirakçıları məkandan qaçırlar.

Xəsarət alan yoxdur.

Xəbəri paylaş: