KİVDF fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb

KİVDF fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb

22.07.2020

“Hakimiyyet.com” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul Milli Mətbuat günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

KİVDF-dən  verilən məlumata görə, 14 nəfər 1-ci, 14 nəfər 2-ci, 14 nəfər 3-cü yerə layiq görülüb. 42 nəfər isə həvəsləndirici mükafatla layiq görülüb.
Xatırladaq ki, müsabiqədə “Hakimiyyət” qəzetindən Füzuli İsmayılov və Rufan Qasımov da iştirak etmişlər. F.İsmayılov III yerin qalibləri sırasında yer almışdır. R.Qasımov isə həvəsləndirici mükafata layiq görülmüşdür.
Müsabiqənin təşkilatşılarına, xüsusən də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyinə redaksiyamız adından minnətdarlığımızı bildiririk. 
Həmkarlarımızı 22 iyul Milli Mətbuat günü münasibətilə təbrik edirik.

Xəbəri paylaş: