KOBİA pandemiyadan zərərçəkmiş fərdi sahibkarları dövlət maliyyə dəstəyi barədə məlumatlandırır

KOBİA pandemiyadan zərərçəkmiş fərdi sahibkarları dövlət maliyyə dəstəyi barədə məlumatlandırır

16.04.2020 Off By admin

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi barədə onlayn maarifləndirmə tədbiri təşkil edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və KOBİA-nın nümayəndələri pandemiyadan zərərçəkmiş fərdi sahibkarlara göstərilən maliyyə dəstəyi, bu dəstəkdən yararlanmaq üçün İnternet Vergi İdarəsindəki (“www.e-taxes.gov.az”) şəxsi kabinet üzərindən müraciət qaydası barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar. Onlayn tədbir KOBİA-nın “Facebook” səhifəsi (https://www.facebook.com/smb.gov.az) üzərindən birbaşa yayımlanıb.

Qeyd edək ki, KOBİA pandemiyadan zərərçəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi mexanizmləri barədə onlayn maarifləndirmə təbirləri keçirir. Aprelin 15-də muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi barədə təşkil olunmuş onlayn tədbirdən Bakıda və ölkə regionlarında fəaliyyət göstərən 3200-dən çox sahibkarlıq subyekti yararlanıb.

Xəbəri paylaş: