Koronavirusa yoluxanların sayı 2,1 milyonu ötdü

Koronavirusa yoluxanların sayı 2,1 milyonu ötdü

16.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dünyada koronavirusa yoluxanların sayı hər gün artır.

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistikasına görə, pandemiyaya yoluxanların sayı 2 milyon 100 mini ötüb.

Hazırda Covid19-a ən çox yoluxma halları ABŞ (644 417), İspaniya (182 816) və İtaliyada (165 155) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 69 392 nəfər yoluxub, 1 518 nəfər ölüb. İranda isə 77 995 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 4 869 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Xəbəri paylaş: