Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb

13.12.2019 Off By admin

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 130, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla normanın 140, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla normanın 40-90 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 122 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 78 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 40 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 115 kubmetrə bərabərdir. Bu da ongünlük normadan çox olmaqla onun 104 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 363 santimetr təşkil edib, Şirvan məntəqəsində 2 santimetr azalaraq 151 santimetr olub, Salyanda 5 santimetr artaraq 138 santimetrə bərabər olub, Bankə məntəqəsində 1 santimetr artaraq 165 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr artaraq 39 santimetrə bərabər olub.

Xəbəri paylaş: