Kürdəmirdə naməlum avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə naməlum avtomobil piyadanı vuraraq öldürüb

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Atakişilər kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Atakişili kənd sakini, 1989-cu il təvəllüdlü Taleh Sehran oğlu Mahmudovu yolu keçmək istəyərkən naməlum avtomobil vurub.  T.Mahmudov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd edək ki, Kürdəmir rayonu ərazisində bu gecə iki piyadavurma hadisəsi baş verib. Hər iki qəzada sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbəri paylaş: