Kürdəmirdə piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Kürdəmirdə piyadanı vuran sürücü hadisə yerindən qaçıb

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Babək prospektində qeydə alınıb.

Kürdəmir rayonunun Atakişili kənd sakini, 1988-ci il təvəllüdlü Niyaməddin Həbib oğlu İbrahimov yolu keçmək istəyərkən onu “VAZ 2107” markalı minik maşını vurub. Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hələlik şəxsiyyəti məlum olmayan sürücü hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin tapılması istiqamətində zəruri tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: