Lerik meşəsində yanğın söndürülüb

07.02.2020 Off By admin

Fevralın 6-da saat 14 radələrində Lerik rayonunun Vizəzəmin meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən saat 15 radələrində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə zamanı 0,5 hektara yaxın ərazidə kol-kos və quru ot örtüyü yanıb.

Xəbəri paylaş: