“Liverpul” turun mərkəzi oyununda “Lester”i darmadağın etdi

27.12.2019 Off By admin

İngiltərə Premyer Liqasında XIX turun mərkəzi oyununda “Liverpul” səfərdə “Lester”i darmadağın edib.

Oxu.Az xəbər verir ki, qonaqlar 4:0 hesabı ilə qələbə qazanıblar.

Hücumçu Roberto Firmino oyunda dubla imza atıb. Trent-Aleksander Arnold və Ceyms Milner (penaltidən) də bu gecə fərqləniblər.

“Liverpul” ard-arda doqquzuncu qələbəsini qazanaraq 52 xalla turnir cədvəlinə başçılıq edir. “Lester” 39 xalla ikincidir.

Xəbəri paylaş: