LUKAŞENKO: “İLK DƏFƏ SİZİN QARŞINIZDA DİZ ÇÖKÜRƏM”-VİDEO

LUKAŞENKO: “İLK DƏFƏ SİZİN QARŞINIZDA DİZ ÇÖKÜRƏM”-VİDEO

16.08.2020

Belarus Prezidenti Aleksandr Lukaşenko, dəstək olaraq təşkil edilən Minsk mərkəzindəki mitinqdə, həyatında ilk dəfə vətəndaşlar qarşısında “diz çökdüyünü” söyləyib.

“Mənə dözməyiniz üçün təşəkkür edirəm.” Lukaçenko mitinqdə xalqa müraciət edərək
siyasətçi tərəfdarlarına “heç vaxt onu buraxmadıqları” üçün təşəkkürlərini bildirib.

“Sizin qarşınızda diz çökürəm” sözlərini deyən Lukaşenko əslində bunu mitinqə yığışan tərəfdarlarına xatir söyləyib. Yəni dizə çökməyib.

Xatırladaq ki, bu gün Minskin mərkəzində iki mitinq keçirilir. 12: 00-da hazırkı prezidentin tərəfdarları Hökumət Evinə toplaşıblar. Bu aksiya iştirakçıları, digərləri ilə yanaşı, bölgələrdən avtobuslarla şəhərə gətirilib. Az-az insanlar Müxalifətin mitinqinə yaxınlaşanlar isə lukaşenkoya dəstək verənlərdən çox az olub. Müxalifət Lukaşenkonun prezidentlikdən istefasını tələb edir.

Elvin İsmayılzadə

“Hakimiyyət” qəzeti

Xəbəri paylaş: