“Lukaşenko iqtidarı dinc yolla tərk edərsə, şəxsi təhlükəsizlik zəmanəti alacaq”

“Lukaşenko iqtidarı dinc yolla tərk edərsə, şəxsi təhlükəsizlik zəmanəti alacaq”

16.09.2020

“Hakimiyyet.com” xəbər verir ki,

“Aleksandr Lukaşenko iqtidarı dinc yolla tərk edərsə, şəxsi təhlükəsizlik zəmanəti alacaq”.

APA-nın xəbərinə görə, bunu Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya “LB.ua”ya müsahibəsində deyib. 

 

“Əlbəttə ki, o, humanist bir şəkildə, dinc yolla hakimiyyətdən ayrılırsa, deməli, belə bir ehtimal var. Hətta deyərdim ki, buna inam var. Bu məsələdə bütün insanların fikri nəzərə alınacaq” – deyə Tixanovskaya bildirib.

Jurnalistin “Yəni yekun olaraq deyirsiniz ki, Aleksandr Lukaşenko təhlükəsizlik zəmanəti alacaq?” sualına Svetlana Tixanovskaya: “Bəli, hətta daha da çoxunu”, deyə cavab verib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. S. Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində seçki nəticələri ilə bağlı etirazlar başlayıb.

Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya isə təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edərək Litvada sığınacaq alıb.

Xəbəri paylaş: