MƏRHUM ATAMA VERİLƏN 6 SOT TORPAĞA BƏYLƏR EYYUBOV GÖZ DİKİB?! – BUNU ŞÜVƏLAN QƏSƏBƏ NÜMAYƏNDƏSİ DEYİR

MƏRHUM ATAMA VERİLƏN 6 SOT TORPAĞA BƏYLƏR EYYUBOV GÖZ DİKİB?! – BUNU ŞÜVƏLAN QƏSƏBƏ NÜMAYƏNDƏSİ DEYİR

16.08.2020

Bu günlər bir sıra məmurların sıravi vətəndaşların torpaqlarını zorla mənimsəmələri barədə ölkə rəhbərinin necə kəskin reaksiya göstərməsi hamıya bəllidir. Biz fikirləşdik ki, məmurlar bundan həya edər, vətəndaşlara qarşı edilən haqsızlıqlara son qoyacaqlar. Ancaq bəzi məmurlar öz işindədir, yenə də vətəndaşların haqlarını pozmağa davam edirlər. Ölkədə COVİD-19 koronavirusuna görə Operativ Qərargah tərəfindən sərt karantin elan edilməsinə baxmayaraq, bu ilin aprel ayının əvvəllərindən keçmiş Bakı Bağlar İdarəsi tərəfindən atama verilmiş və mənə miras qalmış Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 sotluq bağ sahəmin yarısı naməlum şəxslər tərəfindən heç bir sənəd olmadan zəbt edilərək daş hasara alınmaqla mənimsənilmişdir. Biz bu barədə xəbər tutan kimi Xəzər Rayon İcra Hakimiyyəti Başçısına, Rayon Prokurorluğuna, Polis İdarəsinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidmətinə müraciət etsək də, bu günədək heç bir tədbir görülmür.  Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə nümayəndəsi Rauf Axundovun yanında olarkən o, bildirdi ki, bu yeri çox mötəbəbər bir generalın adamları tikib.  Əvvəlcə adını demək istəməsə də, bizim təkidimizdən sonra bildirdi ki, bu şəxs Prezidentin Mühafizəsinin rəisi general Bəylər Eyyubovdur, mənim adım olmasın, siz onun Şüvəlandakı bağına yaxınlaşıb bağbanı İbrahim adlı şəxslə söhbət edin. İbrahimlə görüşdük, o, da söz verdi ki, bu məsələni qısa zamanda həll edəcək, sonra bizə Xaqani adlı şəxs zəng vurub dedi ki, gedin nə bacarırsınız edin, bizi yaxşı tanıyırsınız, sizi həmin torpaqla bir edərik. Polis də həmin şəxsi idarəyə çağırmaqda aciz olduğunu etiraf edir. Biz zəbt edilməkdə olan torpağımızın qalan hissəsini hasara almaq istəyən də Şüvəlan qəsəbə nümayəndəsi Rauf Axundov həmin yerə gələrək, “gedin başçını görün” -deyib bizə mane oldu. Biz mətbuat nümayəndəsi kimi tam əminik ki, general Bəylər Eyyubov heç vaxt bizim torpaq sahəsini belə şəkildə zəbt etməz. Onun dövlətimizə, xüsusilə də Cənab Prezidentimizin göstərişlərinə hörmət etdiyinə inanırıq. Ancaq Şüvəlan qəsəbə nümayəndəsinin dedikləri bizi çaşbaş salıb. Ümid yenə ölkə rəhbərinə qalıb. Bizim səsimizi eşidərək məsələnin ədalətli həllinə yəqin ki, tezliklə tapşırıq veriləcək!

 

Qasımov Rufan Arif oğlu,

“Hakimiyyət” qəzetini Baş redaktor müavini,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xəbəri paylaş: