Mehdiabadda birmərtəbəli ev yanıb

Mehdiabadda birmərtəbəli ev yanıb

18.10.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 25 kv/m olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 15 kv/m olan talvarın lambirindən ibarət tavanı 3 kv/m sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: