Messiyə daha bir müştəri çıxdı

19.02.2020 Off By admin

“Los-Anceles Qelaksi” “Barselona”nın hücumçusu Lionel Messiyə təklif irəli sürüb.

Day.Az qol.az-a istinadən xəbər verir ki, bu baqda MLS-in rəsmi saytı “Radio Continental”a istinadən xəbər yayıb.

Mənbənin məlumatına görə, artıq klubun nümayəndələri futbolçunun agenti olan atası ilə danışıqlara başlayıblar. “Los-Anceles Qelaksi” Messini “Milan”a keçən sabiq oyunçusu Zlatan İbrahimoviçin ulduz əvəzləyicisi olaraq görür.

Daha öncə yayılan xəbərə görə, argentinalı futbolçu klub rəhbərliyi ilə aralarında yaranmış gərginlik səbəbindən bu mövsümün sonu “Barselona”nı tərk edə bilər.

Xəbəri paylaş: