Milli Hematologiya və Transfuziologiya Mərkəzinə İcraçı direktor təyin edildi

29.12.2019 Off By admin

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla Valeh Hüseynovun Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru təyin edilməsi haqqında əmr imzalayıb.

Bu barədə Oxu.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

V.Hüseynov 1998-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) pediatriya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1999-cu ildə Respublika Onko-Hematoloji Mərkəzində Kiçik elmi işçi kimi Onko-Hematoloq vəzifəsində başlayıb.

Xəbəri paylaş: