Mişel Platiniyə yeni vəzifə verilib

22.01.2020 Off By admin

UEFA-nın sabiq prezidenti Mişel Platini Peşəkar Futbolçuların Assosiasiyalarının Beynəlxalq Federasiyasında (FİFPro) çalışacaq.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin sabiq futbolçusu və baş məşqçisi qurumun prezidenti Filipp Pianın müşaviri təyin olunub.

Bu, futboldan kənarlaşdırılan M.Platininin cəzası bitdikdən sonrakı ilk vəzifəsidir.

Qeyd edək ki, 2015-ci ildə FİFA-nın Etika Komitəsi qurumun prezidenti Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platinini 8 illik futboldan kənarlaşdırıb. Buna Y.Blatterin tapşırığı ilə M.Platininin hesabına 2 milyon avronun köçürülməsi səbəb olub. 2016-cı ildə fransalı UEFA-nın prezidenti postunu tərk edib. Onun sonradan yüngülləşdirilən cəzası 2019-cu ilin oktyabrında başa çatıb.

Xəbəri paylaş: