MN: Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir

MN: Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir

18.10.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətində Füzuli şəhərinin və ətraf bir neçə kəndin azad edilməsi xəbəri operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır. Hər gün cəbhədən gələn qələbə xəbərləri hər bir azərbaycanlını sevindirir.

Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır.

Xəbəri paylaş: