Moskvada daha 52 nəfər koronavirusdan ölüb

Moskvada daha 52 nəfər koronavirusdan ölüb

18.10.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 52 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5958-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 357 643 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 4648 nəfər təşkil edib. Ümumilikdə 272 mindən çox xəstə sağalıb.

Xəbəri paylaş: