Moskvada metrostansiyalardan birinə Həzi Aslanovun adı verilə bilər…

29.01.2020 Off By admin

Rusiyanın paytaxtı Moskva şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adına küçə verilməsi üçün Moskva meri Sergey Sobyaninə müraciət olunub.

Bu barədə APA-nın Moskva müxbirinə Hərbçi Ailələri İttifaqı və Rusiya Prezidenti yanında Hərbi-mülki münasibətlər üzrə daimi komissiyanın sədri Mariya Bolşakova bildirib.

Onun sözlərinə görə, Rusiya paytaxtında Həzi Aslanovun adına küçə verilməsi təşəbbüsünü Moskvanın Qərb Dairəsi üzrə Azərbaycanlıların milli mədəni muxtariyyətinin sədri, Dövlət Dumasında deputat köməkçisi Əli Kazımov irəli sürüb.

Xəbəri paylaş: