Mülazim Pahsa: Parlament seçkiləri qardaş Azərbaycanın daha da inkişafına mühüm təsir göstərəcək

31.01.2020 Off By admin

Azərbaycanda aparılan islahatlar çərçivəsində fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər qardaş ölkənin inkişafına mühüm təsir göstərəcək.

Bu fikirləri AZƏRTAC-açıqlamasında İzmir Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa bildirib.

“Azərbaycandakı seçki prosesini yaxından izləyən bir şəxs kimi deyə bilərəm ki, yeni çağırış parlament Azərbaycan dövlətçiliyinin inkişafına mühüm töhfələr verəcək. Yeni parlament öz fəaliyyəti ilə ölkədə aparılan islahatlara, Azərbaycanın daha da inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşması istiqamətində görülən işlərə töhfə verəcək”, – deyən dərnək sədri əlavə edib ki, parlament seçkilərində çoxsaylı namizədin, o cümlədən gənclərin iştirakı demokratik seçki mühitinin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan xalqı seçkilərdə fəal şəkildə iştirak edərək, öz iradəsini ortaya qoyacaq.

Mülazim Pahsa qeyd edib ki, kənardan aparılan müşahidələr bu gün Azərbaycanda azad, ədalətli seçkilərin keçirilməsi üçün imkanların yaradıldığını göstərir.

“Azərbaycan daim güclənən və inkişaf edən ölkədir. Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək, Türkiyə ilə qarşılıqlı faydalı əməkdaşlıq hər zaman olduğu kimi, bundan sonra da davam etdiriləcək”, – deyə dərnəyin sədri bildirib.

Xəbəri paylaş: