Muzeydə “Əbədiyaşar lider” adlı tədbir

11.12.2019 Off By admin

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Yeni Azərbaycan Partiyası (YAP) Səbail “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr edilmiş “Əbədiyaşar lider” adlı tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə YAP Səbail “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi dahi rəhbər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna tarixi xidmətlərindən, zəngin dövlətçilik təcrübəsindən, ideyalarının əhəmiyyətindən danışıb.

Sonra Ulu Öndərə həsr olunan “Ömür yolu” filmi nümayiş etdirilib.

Muzeyin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadənin “Ulu Öndərin Azərbaycan dövlətçilik ənənələrinin qorunmasında rolu”; tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, mütəxəssis Qənirə Qafarlının “Heydər Əliyev və bir sənədin izi ilə” mövzularında məruzələri dinlənilib.

Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzularında şeirlər səsləndirilib.

Xəbəri paylaş: