Nazirlər Kabineti ümumtəhsil müəssisəsinin maliyyələşdirilməsi qərarını izah edib

11.02.2020 Off By admin

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”nin təsdiq edilməsi barədə” qərarın izahını verib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu normativlər Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatın proqnozlaşdırılması qaydasını özündə təsbit edir.

Sözügedən təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının (vəsaitlərinin) həddindən asılı olaraq müəyyənləşdiriləcək.

Xəbəri paylaş: