Neymarın dublu PSJ-yə qələbə qazandırıb

27.01.2020 Off By admin

Fransa Liqa1-də XXI tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə azarkeşlər 3 maraqlı oyun izləyiblər.

Çempionlar Liqasına vəsiqə qazanmağı hədəfləyən “Lion” autsayder “Tuluza”ya heç bir şans verməyib. Rudi Qarsiyanın yetirmələri 3 xalı 3 cavabsız qolla əldə ediblər.

“Bordo” çempionatın sürpriz komandalarından olan “Nant”ı səfərdə son dəqiqələrdə vurduğu top sayəsində məğlubiyyətə uğradıb.

Turun mərkəzi oyununda “Lill” lider PSJ-ni qəbul edib. “Marsel”in büdrəməsi Paris təmsilçisinə mövqeyini bir qədər də möhkəmlətmək şansı yaradıb. Bundan məharətlə yararlanan PSJ Neymarın dublu sayəsində qələbə qazanıb.

Fransa Liqa1-i
XXI tur
26 yanvar
“Lion” – “Tuluza” – 3:0

Korne, 29; Dembele, 71; Ekambi, 77
“Nant” – “Bordo” – 0:1
Briand, 86
“Lill” – PSJ – 0:2
Neymar, 28, 52 (pen.)

1  PSJ 21 17 1 3 52-15 52
2  Marsel 21 12 6 3 30-21 42
3  Renn 21 11 4 6 26-19 37
4  Monpelye 21 9 6 6 30-21 33
5  Lion 21 9 5 7 34-19 32
6  Nant 21 10 2 9 19-19 32
7  Lill 21 9 4 8 24-24 31
8  Strasburq 21 9 3 9 26-26 30
9  Anje 21 8 6 7 23-25 30
10  Bordo 21 8 5 8 30-24 29
11  Reyms 21 7 8 6 17-14 29
12  Nitsa 21 8 5 8 30-29 29
13  Monako 21 8 5 8 36-36 29
14  Brest 21 7 7 7 28-27 28
15  Sent-Etyenn 21 8 4 9 24-32 28
16  Mets 21 5 8 8 19-28 23
17  Dijon 21 5 6 10 16-24 21
18  Amyen 21 4 6 11 24-41 18
19  Nim 21 3 6 12 16-35 15
20  Tuluza 21 3 3 15 21-47 12

 

Xəbəri paylaş: