“Ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”

“Ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“İnsanlarda elə təəssürat olmasın ki, karantin rejimi avtomatik xarakter daşıyır. Məqsəd vətəndaşların təhlükəsizliyidir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, zəruri qabaqlayıcı tədbirlər nəticəsində hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır: “Vətəndaşlarımızın  təmkin göstərməsi mütləqdir. Sanitar-epidemioloji vəziyyətdən asılı olaraq da qərarlar olacaq. Vətəndaşların operativ şəkildə məlumatlandırılmasında  medianın üzərinə böyük iş düşür. Amma onlar bu cür məsul işin üzərindən layiqincə gəlirlər”.

Hikmət Hacıyev deyib ki, əsas məsələlərdən biri virusa yoluxan şəxslərin təmaslarının hərəkət trayektoriyasını müəyyən etməkdir: “Onların hər birinin müəyyən edilməsi, test olunması böyük işdir. Həkimlər də bu mübarizədə ön xətdədilər. Hər birimizin fərdi məsuliyyətimiz çox vacibdir”.

Xəbəri paylaş: