“Ondan Röyada var, məndə yoxdur, Şəbnəm geyimini bilmir, Faiq mənimlə səhnəyə çıxmadı”

23.12.2019 Off By admin

Ola bilsin ki, əkiz övladlarımı göstərən ərəfədə hamilə olum. Çünki yenidən ana olmağı düşünürəm. Yaşayışım və imkanım yaxşıdır. Buna imkan da var. Bunu Fazil Əmiraslanov (red: Rəqsanə İsmayılovanın həyat yoldaşı) özü istəyir.

Rusiyanın Moskva şəhərinə köçüb, orada ailə həyatı quran məşhur müğənni Rəqsanə İsmayılova “ATV Maqazin 10larla” proqramının “33 sual” rubrikasında dilə gətirib.

Sənətçiyə ünvanlanan “Heç vaxt bağışlamayacağın məşhurun adını çək” sualına İsmayılovanın cavabı sərt olub:

“Əvvələr işlədiyim prodüserimdir. Əslində bağışlayardım. Amma indiyə qədər onun bir çox səhvlərini bağışladım. Amma Aysuna qarşı (red: Rəqsanənin qızı Aysun İsmayılova) etdiyi pis hərəkətlərə görə, heç vaxt onu bağışlamayacağam, halallığımı da vermirəm. Həyatda nə edirsən et, amma övladlarımın üstünə əl uzatma. Çünki onlara toxunan insanlardan elə hayıf çıxıram, heç vaxt o insan bilə bilməz ki, o zərər məndən gəlib. Zərbələr o qədər dəyib ki… Sadəcə o insana (red: prodüser Təranə Səmədova) övladıma etdiklərinə görə halallıq vermirəm”.

“Borcunuz olub?” sualı isə Rəqsanəni dərindən düşündürməyə vadar edib:

“Borcum olub, həm də çox olub. Mən nə qədər yıxılmışamsa, hər zaman ayağa durmağı bacarmışam. Elə bu səbəbdən mən çox güclü bir qadınam”.

Rəqsanə daha sonra illərlə gizlətdiyi bir sirrini yaxın zamanlarda açıb el-aləmə bəyan edəcəyi barədə anons verib. Sənətçi daha sonra proqramda şou-biznesin zövqsüz geyinən məşhurlarından söz açıb:

“Çox istərdim ki, Şəbnəm Tovuzlu geyimlərinə diqqət yetirsin. Dolu bədənli insanlar elə geyinməlidirlər ki, köklüklərini gizlədə bilsinlər”.

Rəqsanə “Röyada var, Rəqsanədə yoxdur?” sualına isə gülə-gülə bu cür reaksiya verib:

“Bədən şəkilləndirici əməliyyat. Röyada var, məndə yoxdur. Amma mən də gedəcəyəm. Röyadan sonra getmək ağlıma gəldi. O biri müğənnilərə baxanda çox pis idi, Röyada “incə-mincədir”, bədən ölçülərinə də uyğundur”.

Verilişin gedişatında “Hansı müğənni sizinlə bir səhnəyə çıxmaqdan imtina edib?” sualı isə Rəqsanə İsmayılovanı dilə gətirib:

“Bu, illər öncə olub. Xalq artisti Faiq Ağayev mənimlə eyni səhnəyə çıxmaqdan imtina edib. Bakıda toyda idik, el şənliyini isə Faiqin ansamblı idarə edirdi. Toyun bitməsinə bir saat qalmışdı, məni səhnəyə buraxmırdı. Söylədi ki, o, gəlirsə mən toya gəlmirəm. Belə şeylər baş vermişdi. İndi Faiqlə dostam, xətrini çox istəyirəm. Artıq bu kimi məsələlər aktual deyil. Bitib, qurtarıb. Mənim adımdan Faiqə nələrsə demişdilər. Telefonla danışdıq, məsələni çözməyə çalışdıq. Anladıq ki, düzgün bir şey olmayıb. Barışmışıq. Faiqin boğazı ağrıyırdı, ona Moskvadan Bakıya bal da göndərmişəm”.

Qeyd edək ki, Rəqsanə İsmayılova Rusiyada yaşayan iş adamı Fazil Əmiraslanovla ailəlidir. Sənətçinin Aysun, Yağmur, Mehrimah adlı üç qız və Muhammed adlı bir oğlan övladı var. Mehrimah və Muhamed Rəqsanənin ikinci nikahından doğulan əkiz övladlarıdır.

 

Xəbəri paylaş: