Ötən ilin ən çox tamaşaçı toplayan matçı açıqlanıb

04.01.2020 Off By admin

2019-cu ildə ən çox tamaşaçı toplayan matçları qəbul edən stadionların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə 10 idman qurğusu yer alıb.

“Nou Kamp” stadionu ilin rekorduna imza atıb. Burada keçirilən “Barselona” və “Liverpul” arasında Çempionlar Liqasının görüşü ilin ən çox izləyici toplayan qarşılaşması olub.

1. Barselona. “Nou Kamp” stadionu – 98299
1 may. “Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə)

2. Yohannesburq. “Sokker Siti” – 88000
9 noyabr. “Kayzer Çifs” (CAR) – “Orlando Payrets” (CAR)

3. London. “Uembli” – 85854
18 may. “Mançester Siti” (İngiltərə) – “Uotford” (İngiltərə)

4. Dortmund. “Siqnal İduna Park” – 81365
Mövsümün bir neçə oyunu

5. Madrid. “Santyaqo Bernabeu” – 80472
27 fevral. “Real” (İspaniya) – “Barselona” (İspaniya)

6. Tehran. “Azadi” stadionu – 80000
Mövsümün bir neçə oyunu

7. Sen-Deni. “Stad de Frans” – 78000
7 sentyabr. Fransa – Albaniya

8. Milan. “San-Siro” – 77749
17 mart. “Milan” (İtaliya) – “İnter” (İtaliya)

9. Münhen. “Alyans Arena” – 75000
Mövsümün bir neçə oyunu

10. Berlin. Olimpiya stadionu – 74667
16 mart. “Herta” (Almaniya) – “Borussiya” D (Almaniya)

Xəbəri paylaş: