Özbəkistan, Tacikistan və İran Buxara urialının nəsli kəsilməkdə olan heyvanlar siyahısına salınmasını təklif ediblər

20.02.2020 Off By admin

Özbəkistan, Tacikistan və İran Buxara urialının (Buxara qoçu) nəsli kəsilməkdə olan heyvanlar siyahısına daxil edilməsi təklifi ilə BMT-yə müraciət ediblər.

AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, bu ay Hindistanda keçiriləcək ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransda bu məsələ öz həllini tapacaq. Urialın nəsli kəsilməkdə olan heyvanlar sırasına daxil edilməsi bu heyvanları qorumaq üçün xüsusi proqramların həyata keçirilməsinə imkan verəcək.

Buxara urialına daha çox Özbəkistan-Tacikistan, İran-Türkiyə, Pakistan-Hindistan sərhədlərində rast gəlmək olur. Onlar daim yerlərini dəyişirlər.

BMT-nin məlumatına görə, keşmiş SSRİ dövründə Mərkəzi Asiya ölkələrində minlərlə urial olub.

Otlaqların azalması, insan faktoru, canavarların və başqa vəhşilərin onlara hücumu Buxara urialının nəslinin kəsilməsinə səbəb olur.

Xəbəri paylaş: