Pələng turistlərlə dolu avtobusa hücum etdi

20.02.2020 Off By admin

Hindistanın Çhattisqarh ştatının cəngəlliklərində pələng yoldan keçən avtobusa hücum edib.

“Daily Mail” xəbər verir ki, yırtıcı heyvanın diqqətini avtobusun arxasında sallanan pərdə cəlb edib.

Dişləri ilə pərdəyə yapışan pələng onu qoparmağa çalışıb.

Sonra isə qorxmuş turistlərlə dolu avtobus uzaqlaşmağa başlayıb.

Pələng bir müddət avtobusu təqib etsə də, sonra bu niyyətindən əl çəkib.

Xəbəri paylaş: