Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər həlak olub

13.12.2019 Off By admin

Pakistanın qərbində yerləşən Belucistan əyalətində sərnişin avtobusunun benzin daşıyan maşına çırpılması nəticəsində azı 15 nəfər həlak olub.

AZƏRTAC “The Express Tribune” qəzetinin elektron versiyasına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, yol-nəqliyyat hadisəsi Killa-Seyfullah kəndi yaxınlığında baş verib.

Toqquşma nəticəsində avtobus yoldan çıxaraq aşıb. Daşınan yanacağın alışması nəticəsində alov hər iki nəqliyyat vasitəsini bürüyüb.

Xəbəri paylaş: