Pambıq lifi və ipliyinin ixracı artıb

Pambıq lifi və ipliyinin ixracı artıb

16.04.2020 Off By admin

Yanvar-mart aylarında Azərbaycandan 31 min ton pambıq lifi və 3,7 min ton pambıq ipliyi ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 43,3 milyon, pambıq ipliyinin dəyəri isə 8,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 37,5 milyon dollarlıq 25,9 min ton pambıq lifi, 6,4 milyon dollarlıq 2,6 min ton pambıq ipliyi ixrac edilib.

Xəbəri paylaş: