Parlament seçkilərində ölkə üzrə seçici fəallığı 47,81 faiz olub

10.02.2020 Off By admin

Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərində seçici fəallığı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, saat 19.00-da səsvermə başa çatıb və 2 milyon 547 min 982 seçici səsvermədə iştirak edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, parlament seçkilərində seçici fəallığı 47,81 faiz olub.

Xəbəri paylaş: