Pompeo: Çinin kompartiyası günümüzün ən əsas təhlükəsidir

31.01.2020 Off By admin

ABŞ-ın baş katibi Mayk Pompeo Çinin Kommunist partiyasının müasir dünyanın ən əsas təhlükəsi adlandırıb.

“Reuters” xəbər verir ki, bunu M.Pompeo yanvarın 30-u Böyük Britaniyanın xarici işlər naziri Dominik Raabla birgə mətbuat konfransı zamanı qeyd edib.

“Əlbəttə ki, biz terrorçuluqla bağlı ayıq-sayıqlığımızı itirməməliyik, lakin Çinin Kompartiyası günümüzdə əsas təhlükə mənbəyidir”, – deyə diplomat əlavə edib.

Onun sözlərinə əsasən, Çinin Kompartiyası artıq bir neçə dəfə gündəliyinin amerikan dəyərlərə zidd olduğunu nümayiş etdirib.

Pompeo hesab edir ki, bu baxımdan ABŞ və onun Qərb müttəfiqləri öz hərbi və texnoloji gücünü artırmalıdır.

“Biz gərək gələn əsrdə dünyada demokratik dəyərlərin hökm sürəcəyindən əmin olmalıyıq”, – deyə o, vurğulayıb.

Xəbəri paylaş: