PSJ-nin daha bir yetirməsi “Qəbələ”yə transfer olunub

04.02.2020 Off By admin

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan “qırmızı-qaralar” Nikolas Rayselin keçidini rəsmiləşdirib.

27 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

Fransada anadan olan vinger PSJ klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən Raysel ardınca Sloveniyada “Çelye” (2013-2015), Belçikada “Union Sent Jiluaz” (2015-2017) klublarının formasını geyinib. 2017-ci ildə Belçikanın digər təmsilçisi “Ostende”yə keçən Nikolas 2018/2019-cu illər mövsümünü icarə əsasında “Rozelar”da çıxış edib. O, cari mövsümün ilk yarısında da “Ostende” formasını geyinib.

Qeyd edək ki, 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin U-21 millisində 1 matç keçirib, 1 qol vurub.

Xəbəri paylaş: