Putin altı nəfərin müşayiəti ilə tualetə getdi

13.12.2019 Off By admin

Rusiya Prezidenti Vladimir Putin Yelisey sarayında keçirilmiş Ukrayna ilə bağlı sammitdə özünü tam olaraq təhlükəsizlikdə hiss etməyib.

Bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

“Əvvəlcə videoda göründüyü kimi, Putin altı nəfərin müşayiəti ilə sarayın tualetinə girdi. Sonra Putin silahlı cangüdəni ilə iclas otağında göründü”, – deyə bildirilib.

Almaniyanın xüsusi xidmət orqanlarının keçmiş rəhbərlərindən biri “Bild”ə deyib ki, danışıqlar zamanı zalda silahlı bir insanın olması açıq şəkildə təxribat və təhdiddir.

Qeyd edək ki, dekabrın 9-da Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün “Normandiya formatı” sammitində dörd ölkənin – Almaniya, Rusiya, Ukrayna və Fransa liderlərinin görüşü keçirilib.

 

Xəbəri paylaş: