Putin: WADA-nın qərarı Olimpiya Xartiyasına ziddir

10.12.2019 Off By admin
Ümumdünya Antidopinq Agentliyinin (WADA) qərarı Olimpiya Xartiyasına ziddir.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Normand dördlüyü” sammitinin yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ilk növbədə aydın olan məqamlara nəzər salmaq lazımdır.
“WADA-nın Rusiya Olimpiya Komitəsinə etirazı olmadığına görə, Rusiya idmançıları beynəlxalq yarışlarda milli bayraq altında iştirak etməlidirlər. Olimpiya Xartiyasında belə yazılıb. Əlimizdə bütün əsaslar var ki, bu qərardan məhkəməyə şikayət edək”, – deyə V.Putin bildirib.
Rusiya lideri qeyd edib ki, istənilən cəza individual olmalıdır və kollektiv xarakter daşıya bilməz:
“Hesab edirəm ki, WADA mütəxəssisləri də bunu anlayır. Bu qərarın əsasında dünya idmanını təmizləmək qayğısı dayanmır. Bu qərar idmanla, olimpiya hərəkatı ilə ümumi əlaqəsi olmayan siyasi xarakter daşıyır”.
Xatırladaq ki, dekabrın 9-da WADA Rusiyaya qarşı sanksiyalar qəbul edib. Onalra əsasən, qarşıdakı 4 ildə Rusiyada dünya çempionatlarının keçirilməsinə, bunun üçün sifariş verilməsinə, həmçinin bu ölkə təmsilçilərinin Olimpiada və mundiallarda milli bayraq altında iştirakına qadağa qoyulub.

Xəbəri paylaş: