“Qəbələ”nin heyətində ən çox qol vuran futbolçular açıqlanıb

“Qəbələ”nin heyətində ən çox qol vuran futbolçular açıqlanıb

17.04.2020 Off By admin

Koronavirus səbəbindən dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda “Qəbələ” 25 qola imza atıb.

AZƏRTAC xəbər verir ki, “Qırmızı-qaralar”ın heyətində 9 futbolçu fərqlənib. Ən yaxşı bombardir cari mövsümün birinci yarısında 5 dəfə rəqib qapısına yol tapan Davit Volkovdur. Rövlan Muradovla qış transferi Nikolas Rayselin hər birinin 4 qolu var. Çempionatın bərpasından sonrakı 8 turda hər iki futbolçu bu göstəricini artırmaq imkanına malikdir. Keçirdiyi 4 qarşılaşmada yüksək orta məhsuldarlıq göstərən Rayselin cari mövsüm üçün komandamızın bombardiri olmaq şansları daha çoxdur.

Mövsüm ərzində vurulan qol sayında klub tarixinin rekordçusu Baqali Dabodur. O, 2017-2018-ci il mövsümündə 13 dəfə rəqib qapısına yol tapıb. Daniel Subotiç isə ondan 4 il əvvəl 12 qola imza atıb.

Ümumiyyətlə, indiyədək “Qəbələ”nin futbolçuları Premyer Liqada 6 dəfə mövsümdə 10 və daha çox qol vurub. Son 6 çempionatın hərəsində bir oyunçumuz buna nail olub. Bu futbolçulardan beşi legioner, biri yerlidir.

Xəbəri paylaş: