Qətli törədən şəxs tutuldu

11.02.2020 Off By admin

Fevralın 8-də gecə saatlarında Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin və 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, paytaxt sakini, 1960-cı il təvəllüdlü B.Əliyevi kürək nahiyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş: