“Qalatasaray” komandası Bakıya gəlib

“Qalatasaray” komandası Bakıya gəlib

16.09.2020

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubu ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” komandası sentyabrın 16-da Bakıya gəlib.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, saat 18:30-da isə “Qalatasaray”ın ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq məşqi keçiriləcək.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” matçı saat 20:00-da başlayacaq.

Xəbəri paylaş: