“Qarabağ” bu gün Norveçin “Molde” komandası ilə qarşılaşacaq

“Qarabağ” bu gün Norveçin “Molde” komandası ilə qarşılaşacaq

16.09.2020

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki “AEK Arena”da stadionunda olacaq.

Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Scran Yovanoviç olacaq.

Xəbəri paylaş: