“Qarabağ” Qana millisinin hücumçusunu transfer edib

23.01.2020 Off By admin

“Qarabağ” qış fasiləsində ilk transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, İspaniyanın “Leqanes” klubunun hücumçusu Ovusu Kvabena Azərbaycan çempionu ilə münasibətləri rəsmiləşdirib.

Ağdam təmsilçisi rəsmi saytı vasitəsilə “Xoş gəldin, Ovusu” yazaraq, bu keçidin rəsmiləşdiyini bəyan edib. Lakin anlaşmanın detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Qana millisinin 23 yaşlı futbolçusu cari mövsümün ilk dövrəsini icarə əsasında “Kordoba”da (İspaniya) keçirib.

Xəbəri paylaş: