“Quldur Ermənistanı müdafiə ikili standartla yanaşmanın göstəricisidir”

“Quldur Ermənistanı müdafiə ikili standartla yanaşmanın göstəricisidir”

13.10.2020

“Hakimiyyet.com” xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik partiyanın İdarə Heyətinin növbəti toplantısından sonrakı çıxışında: “Quldur dövlət olan Ermənistana qarşı səsini yüksəltməyənlərin “atəşkəs çağırışı” etməsi haqlı ilə haqsızı bərabər tutmaqdır ki, bu da açıq-aşkar hüquq pozuntusudur”,- deyib. Ömər Çelik bildirib ki, atəşkəs tələb edən Ermənistanın Gəncədə günahsız insanları öldürməklə atəşkəsi pozması növbəti xəyanətinin göstəricisidir: “Burada diqqət edilməsi məsələ budur ki, Ermənistan hücum etdiyi zaman səsi çıxmayanlar və ya sadəcə “gərginliyin baş verməsindən narahatıq, tərəfləri sülhə dəvət edirik” deyənlər, Azərbaycan öz torpaqları üçün ölüm-qalım savaşına qalxarkən mütəmadi olaraq “atəşkəs çağırışı” etdilər. Bu bir daha ikili standartla yanaşmanın göstəricisidir. 1949-cu il Cenevrə Konvensiyası daxil, bütün beynəlxalq hüququ pozan tərəf Ermənistan olduğu halda Minsk Qrupu həmsədrlərinin Ermənistanla Azərbaycanı bu problemdə bərabər hüquqlu tərəf olaraq qəbul etməsi böyük ədalətsizlikdir”.

AKP sözçüsü Türkiyənin Azərbaycanı dəstəklədiyini bir daha bəyan edib: “Biz Azərbaycan ordusunun, Cənab İlham Əliyevin Ermənistanın təcavüzünə qarşı Azərbaycan xalqını və torpaqlarını qorumaq üçün qərar verdiyi hər bir tədbirin arxasındayıq. Azərbaycan necə və nə şəkildə istəyirsə, Türkiyə o şəkildə Azərbaycanı dəstəkləyəcək”.

Xəbəri paylaş: