Ramil Şeydayev: “Qərarımın doğru olub-olmadığını yayda görəcəyik”

21.02.2020 Off By admin

“Sabah”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin apasport.az saytına müsahibəsi

– “Sabah”da məşqlərə başlamısız. Hazırlığınız necə gedir və adaptasiya baxımından çətinlik yoxdur?
– Bəli, məşqlərə qoşulmuşam. Hazırlığımız əla keçir. Adaptasiya sarıdan isə heç bir problemim yoxdur. Belə deyək, formamı yığmağa çalışıram.

– Artıq bu həftə “Sabah”ın heyətində debüt edə bilərsiniz. Yeni komandanız Premyer Liqanın XVIII turu çərçivəsində “Səbail”lə qarşılaşacaq. Bu görüşü səbirsizliklə gözlədiyinizi demək olar?
– Təbii ki, “Səbail”lə oyunu gözləyirəm. Çünki çoxdandır ki, meydana çıxmıram. Futbol oynamaq üçün çox darıxmışam. Yeri gəlmişkən, ümid edirəm ki, “Səbail”lə oyundan qələbə ilə ayrılacağıq.

Xəbəri paylaş: