Ramiz Mehdiyev ölkənin Baş Vikipediyaçısı Elnur Eltürkü işdən çıxardı

Ramiz Mehdiyev ölkənin Baş Vikipediyaçısı Elnur Eltürkü işdən çıxardı

08.09.2020

Vikipediya hərəkatının tanınmış simalarından olan Elnur Eltürk işdən çıxarıldı.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk işdən çıxarılıb.

AMEA-dan əldə olunan məlumata görə, onun hansı səbəblərdən ərizəsini yazdığı hələlik bəlli deyil.

Məlumat verən mənbə onu da bildirib ki, bir neçə aydır Elnur Eltürklə akademiyanın rəhbərliyi arasında soyuqluq yaranmışdı.

Xatırladaq ki, Elnur Eltürkün fəaliyyəti nəticəsində Azərbaycan Vikipediya sahəsində ciddi irəliləyişlər əldə edib. Onun formalaşdırdığı komanda uğurlara imza atıb. Belə bir uğurlu kadrın işdən ayrılması paradoksdur və günümüzlə səsləşmir. AMEA-nın bunu necə əsaslandıracağı maraq doğurur.

Qeyd edək ki, Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. Onun ölkədə Vikipediya sisteminin qurulmasında xüsusi xidmətləri olub. Ölkədə Vikipediya hərəkatı onun fəaliyyəti dövründə inkişaf etməyə başlayıb. Çoxsaylı və uğurlu təlimlər keçirilib. Vikipediyanın reytinq cədvəlində Azərbaycan irəliləyib. Həmçinin onun Azərbaycanın diaspor hərəkatında da ciddi fəaliyyəti var. On ildən coxdur ki, bu istiqamətdə fəaliyyət göstərir.

“Hakimiyyət” qəzeti

Xəbəri paylaş: