“Roma” “Sassuolo”ya məğlub olub

02.02.2020 Off By admin

3 matçda 13 qol – A seriyasında

İtaliya A seriyasında XXII tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə 3 oyun keçirilib.

Avrokuboka düşməyə çalışan “Bolonya” öz meydanında autsayder “Breşiya” üzərində əzmkar qələbə qazanıb.

Eyni ilə Avropa Liqasına vəsiqəni hədəfləyən iki komanda – “Kalyari” ilə “Parma” “Sardenya Arena”da üz-üzə gəliblər. Eyni sayda xala malik olan komandaların duelində qonaqlar son dəqiqə qolu sayəsində məğlubiyyətdən qurtulublar.

Günün son matçında “Roma” “Sassuolo” səfərində yenilgiyə məruz qalıb. İlk yarım saatda 3 top fərqi ilə geri düşən paytaxt klubunun geridönüş etməyə gücü çatmayıb.

Ümumilikdə bolqollu gün alınıb. 3 matçda qapılara 13 qol vurulub.

Turun digər qarşılaşmaları sabah oynanılacaq.

İtaliya A seriyası
XXII tur
1 fevral
“Bolonya” – “Breşiya” – 2:1

Orsolini, 43; Bani, 89 – Torreqossa, 36
“Kalyari” – “Parma” – 2:2
Joao Pedro, 19; Simeone, 54 – Kuçka, 42; Kornelius, 90+4
“Sassuolo” – “Roma” – 4:2
Kaputo, 7, 16; Dyuriçiç, 26; Boqa, 74 – Dzeko, 55; Veretu, 72 (pen.)

1  Yuventus 21 16 3 2 40-21 51
2  İnter 21 14 6 1 42-18 48
3  Latsio 20 14 4 2 47-19 46
4  Roma 22 11 6 5 40-27 39
5  Atalanta 21 11 5 5 57-28 38
6  Kalyari 22 8 8 6 38-34 32
7  Parma 22 9 5 8 31-29 32
8  Milan 21 9 4 8 22-26 31
9  Bolonya 22 8 6 8 34-34 30
10  Verona 20 8 5 7 25-22 29
11  Napoli 21 7 6 8 30-29 27
12  Torino 21 8 3 10 26-35 27
13  Sassuolo 22 7 5 10 36-37 26
14  Fiorentina 21 6 7 8 25-29 25
15  Udineze 21 7 3 11 19-33 24
16  Sampdoriya 21 5 5 11 20-33 20
17  Leççe 21 3 7 11 23-42 16
18  Spal 21 4 3 14 15-33 15
19  Cenoa 21 3 6 12 21-41 15
20  Breşiya 22 4 3 15 20-41 15

ApaSport

Xəbəri paylaş: